SənayeAselsanXəbərlər

“ASELSAN Bakü” və MKA şirkətləri arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub

“Makina ve Kimya Azerbaycan” (MKA) şirkətinin Kommersiya üzrə Direktor müavini Ahmet Çağrı Peker “ASELSAN Bakü” şirkətini ziyarət edib.

Bu barədə “Poliqon”a “ASELSAN Bakü” şirkətindən məlumat verilib.

Görüş zamanı qonağa şirkətin İcraçı Direktoru Özgür Kürüm ASELSAN-ın Azərbaycandakı fəaliyyəti, həyata keçirilən layihələr və “ASELSAN Bakü” MMC-nin fəaliyyət göstərdiyi əsas istiqamətlər barədə ətraflı məlumat verib.

Həmçinin MKA tərəfindən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan layihələr və gələcəkdə mümkün potensial əməkdaşlıq imkanları barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Back to top button