ASELSAN ilk zirehli maşın periskopu və tapança refleks nişangahlarını sifarişçiyə çatdırıb

ASELSAN ilk zirehli maşın periskopu və tapança refleks nişangahlarını sifarişçiyə çatdırıb

Türkiyənin ASELSAN şirkətinə daxil olan “Sivas ASELSAN” müəssisəsi tərəfindən istehsal edilən zirehli maşın periskopu və tapança refleks nişangahının ilk çatdırılması həyata keçirilib.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media hesabında bildirib.

““Sivas ASELSAN” tərəfindən istehsal edilən zirehli maşın periskopu və tapança refleks nişangahı xeyirli olsun. Zəhməti keçən hər kəsi təbrik edirəm. Müdafiə Sənayesi ekosistemimizi Anadoluda genişləndiririk”, – deyə SSB sədri İsmail Dəmir vurğulayıb.

CATEGORIES
TAGS