
ASELSAN şirkətinin Müdafiə Sistemləri Texnologiyaları üzrə baş direktor müavini Zekeriyya Şahin Azərbaycana işgüzar səfər edib.
“ASELSAN Bakü” şirkətindən “Poliqon”a verilən məlumata görə, səfər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları və gələcək layihələr üzrə bir sıra görüşlər keçirilib.
Səfər çərçivəsində Zekeriyya Şahin Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədov, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru Emil İbrahimov və “Improtex Trucks & Buses” MMC-nin təsisçisi Füzuli Ələkbərov ilə görüşüb.
Z.Şahin həmçinin, “ASELSAN Bakü” MMC-ni ziyarət edib. Görüş zamanı “ASELSAN Bakü” rəhbəri Özgür Kürüm şirkətin fəaliyyəti və davam edən layihələr barədə məlumat verib.








