ASELSAN-ın müəssisələrindən FOTOREPORTAJ
Ötən il dünyanın 100 müdafiə sənayesi şirkətinin siyahısında 62-ci yerdə qərarlaşan ASELSAN bu gün öz potensialına görə Türkiyə və ümumilikdə Türk dünyasında ən böyük müdafiə sənayesi qurumudur. Hazırda ASELSAN mikro çiplərdən kosmik sənayeyə, rabitədən radioelektron mübarizə vasitələrinə, optik sistemlərdən robot, radar və silah sistemlərinədək geniş bir sahədə fəaliyyət göstərir. Eyni zamanda ASELSAN şirkətinin istehsalı olan müdafiə təyinatlı məhsullar bir çox NATO ölkələri də daxil olmaqla, Avropa, Amerika, Afrika, Yaxın Şərq, Qafqaz-Mərkəzi Asiya, Uzaq Şərq regionlarında istifadə olunmaqdadır.
ASELSAN-ın Azəərbaycanla əlaqələri 1993-cü ilədən başlayır. Hazırda Azərbaycan Silahlı Qüvvələrində ASELSAN istehsalı olan rabitə vasitələri, elektro-optik sistemlər və digər məhsullar istifadə olunmaqdadır. 1998-ci ildən Azərbaycanda ASELSAN-ın təsis etdiyi ASELSAN-Bakı şirkəti fəaliyyət göstərir.
AZERİ DEFENCE jurnalının baş redaktoru Rəşad Süleymanov 2014-cü ilin noyabr ayında Azərbaycandan yeganə jurnalist olaraq ASELSAN-ın müəssisələrində olub. Səfər zamanı R. Süleymanovun ASELSAN müəssisələrindən çəkdiyi bəzi fotoları oxucuların marağını nəzərə alaraq təqdim edirik.
Qeyd edək ki, məxfilik baxımından bəzi müəssiələrdə fotoçəkiliş aparılmayıb.