Xəbərlər
ASELSAN-ın yeni elektro-optik sisteminin sınaqları keçirilib

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan və istehsal edilən “Dənizgözü-Ahtapot” adlı elektro-optik kəşfiyyat və müşahidə sistemin ilk 2 prototipinin zavod sınaqları keçirirlib.
Bu barədə “AzeriDefence” “Anadolu Ajansı”na istinadən məlumat verib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə hazırlanan “Dənizgözü-Ahtapot” sisteminin sınaqlarının uğurla tamamlandığı bildirilir.
“Dənizgözü-Ahtapot” ASELFLIR-300D elektro-optik sisteminin əvəz edilməsi üçün nəzərdə tutulub.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin yeni nəsil döyüş və dəstək gəmilərində quraşdırılacaq “Dənizgözü-Ahtapot” sistemi gələcəkdə dost və müttəfiq ölkələrin donanmalarında da istifadə edilə biləcək.




