RegionAselsanXəbərlər

ASELSAN müdafiə sistemlərinin ixracına dair yeni müqavilələr bağlayıb

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti olan ASELSAN xarici müştərilərlə yeni ixrac müqavilələri bağlayıb.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, müqavilələr çərçivəsində şirkət tərəfindən xaricdəki son istifadəçilərə radar, hava hücumundan müdafiə (HHM), elektro-optik və rabitə sistemləri, eləcə də pilotsuz uçuş aparatları (PUA) və insansız dəniz aparatları (İDA) üçün faydalı yüklər tədarük ediləcək.

Qeyd olunub ki, sözügedən müqavilələrin ümumi dəyəri 114,7 milyon ABŞ dolları təşkil edir.

Back to top button