ASELSAN şirkətinin gəlirləri 72 faiz artıb

Türkiyənin ASELSAN şirkəti cari ilin üçüncü rübünə olan maliyyə gəlirlərini açıqlayıb.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, şirkətin cari ilin üçüncü rübündə 72% artan gəliri 17,7 milyard TL-yə çatıb.
ASELSAN-ın baş direktoru Haluk Görgün şirkətin cari ilin ilk doqquz ayında əldə olunan maliyyə gəlirlərini qiymətləndirərək bildirib ki, təhlükəsizlik qüvvələri üçün texnologiya deyildiyində ağıla gələn ilk ad olmaqla bərabər, mülki texnologiyalar sahəsində də Türkiyəyə təqdim etdikləri həllərlə ASELSAN üzərinə düşən vəzifəsini ən yaxşı şəkildə yerinə yetirərək böyüməyə davam etdirdiyi daha bir dövrü başa vurub.
“2022-ci ilin ilk doqquz ayında tədarükçülərimizə təxminən 17,4 milyard TL ödəmə edərək maliyyə töhfəsi verdik. Cari ilin ilk 9 ayındda 128 ədəd məhsulu milliləşdirdik. Bununlada şirkət tərəfindən son 3 ildə milliləşdirilən məhsulların sayı 635 ədədə çatdı və 430 milyon ABŞ dollarına yaxın bir maddi vəsaitin ölkədə qalmasını təmin etdik”, – deyə H.Görgün vurğulayıb.
Bildirilib ki, ASELSAN cari ildə daha iki ölkəyə məhsul satışını həyata keçirib. Beləliklə son 3,5 il müddətində 17 yeni ölkə ASELSAN məhsullarından istifadə etməyə başlayıb ki, bu da şirkət müştərilərinin sayını 80-ə yüksəldib. Eləcə də ölkə xaricini ilk dəfə satışı reallaşdırılan məhsulların sayı 44-ə çatıb.
H.Görügün onu da qeyd edib ki, ASELSAN yerli və milli olaraq istehsal etdiyi məhsulları ilə beynəlxalq arenada səs gətirməyə davam edir: “Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) koordinasiyası ilə istehsal etdiyimiz MARLIN pilotsuz kateri NATO təlimlərində iştirak edib. MARLIN elektron müharibə sistemlərini daşıyan ilk suüstü pilotsuz platformadır”.
“ASELSAN olaraq Azərbaycanda keçirilən ADEX 2022 sərgisində 62 məhsul və sistemimizlə iştirak etdik. Baş Qərargah rəisimiz General Yaşar Gülərin də olduğu stendimizdə Azərbaycan Prezidenti İlham Əliyevi qonaq etdik və məhsullarımız haqqında mühüm məlumatlar verdik”, – deyə Haluk Görgün qeyd edib.




