
ASELSAN Türkiyə Ordusuna 1300-dən artıq radiostansiya tədarük edib
Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən 1300-dən artıq proqramlaşdırılan radiostansiya Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
“AzeriDefence”nin məlumatına görə, bunu Türkiyə Müdafiə Sənaye Komitəsinin (SSB) sədri İsmail Dəmir sosial media hesabında deyib. İ.Dəmir bildirib ki, tədarük olunan daşınan, maşın, sabit mərkəz radiostansiyaları Silahlı Qüvvələrin ehtiyaclarını qarşılayıb.
“Türkiyə proqramlaşdırılan radiostansiyalar ilə quru, hava və dəniz platformalarının hamısında öz milli və xüsusi rabitə sistemini dizayn edən, hazırlayan və istehsal edən dünyadakı azsaylı ölkələr arasında xüsusi yer tutur”, – deyə İ.Dəmir vurğulayib.
İ.Dəmir qeyd edib ki, ASELSAN-ın proqramlaşdırılan radiostansiyaları Pakistan, Ukrayna, Azərbaycan və İndoneziya kimi ölkələrə də ixrac edilib.