
ASELSAN yeni GÖKTAN raketinin atış sınağını yerinə yetirib – VİDEO
ASELSAN şirkəti yeni “yer-yer” tipli GÖKTAN raketinin atış sınağını uğurla həyata keçirib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, GÖKTAN, şirkətin TOLUN bombasına raket mühərriki inteqrasiya edilməklə hazırlanıb.
Qeyd olunub ki, Türkiyənin Sinop bölgəsində baş tutan sınaq zamanı TOLUN bombası “DeltaV” raketindən ayrıldıqdan sonra qanadlarını açaraq uzaq məsafədəki hədəfi dəqiqliklə vurub.