AMRAAM raketlərinin Polşaya satışı təsdiqlənib

AMRAAM raketlərinin Polşaya satışı təsdiqlənib

ABŞ Dövlət Departamenti 1.33 milyard dollar dəyərindəki AIM-120D-3 AMRAAM raketlərinin Polşaya satışını təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 400 ədəd “hava-hava” tipli AIM-120D-3 raketinin və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.

CATEGORIES
TAGS