
ASELSAN şirkəti ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında şəhər təhlükəsizliyinin gücləndirilməsinə dair mühüm müqavilələr imzalanıb.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, ümumi dəyəri 469,9 milyon ABŞ dolları olan müqavilələr süni intellekt dəstəkli Şəhər Təhlükəsizliyi İdarəetmə Sistemlərinin tədarükünü əhatə edir .
Layihə çərçivəsində sistemlərin 2026-2029-cu illər arasında təhvil verilməsi nəzərdə tutulur.




