
ASELSAN yerli və xarici müştərilərə hərbi məhsulların tədarükünə dair müqavilələr imzalayıb
ASELSAN şirkəti ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında tuşlama dəstlərinin tədarükü üçün ümumi dəyəri 111.8 milyon ABŞ dolları olan müqavilə imzalanıb.
“Poliqon” İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) istinadən xəbər verir ki, bu müqavilə çərçivəsində çatdırılmalar 2027-2028-ci illər arasında həyata keçiriləcək.
Bundan əlavə, xaricdəki istifadəçilərə çatdırılacaq elektro-optik sistemlərin tədarükünə dair ASELSAN ilə yerli platforma istehsalçısı arasında 54.6 milyon ABŞ dolları dəyərində ixrac müqaviləsi imzalanıb.
TAGS Manşet


