ASELSAN YILDIRIM-100 DIRCM sisteminin sınaqlarını keçirir

ASELSAN YILDIRIM-100 DIRCM sisteminin sınaqlarını keçirir

Türkiyənin ASELSAN şirkəti inkişaf etdirdiyi YILDIRIM-100 yönləndirilmiş infraqırmızı əks-tədbir (DIRCM) sisteminin daha bir sınaq mərhələsini uğurla tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkəti məlumat yayıb.

“Təkmil idarə olunan raket təhdidlərinə qarşı hava platformalarımızı qoruma qabiliyyətimiz sahə sınaqları ilə daha da güclənir. Lazer əsaslı yüksək texnologiyalı sistemlər üzərində mühəndislik bacarıqlarımız hər keçən gün daha da inkişaf etdirilir”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, ASELSAN YILDIRIM-100 yönləndirilmiş infraqırmızı əks-tədbir sistemini ilk dəfə IDEF-2023 sərgisində nümayiş etdirib. Bu sistem daşınabilən zenit-raket kompleksləri (DZRK) tərəfindən atılan raketlərin zərərsizləşdirilməsi üçün təyin olunub. O, sahib olduğu lazer sisteminin vasitəsi ilə atılan raketlərin arayıcı başlıqlarına müdaxilə edərək, onları kor edir.

ASELSAN-ın bildirdiyinə görə, YILDIRIM-100 sisteminin hazırlanmasındakı səbəb son dövrlərdə terrorçuların əlində olan ölümcül MANPAD (Man-portable air-defense) raketlərinin sayının getdikcə artmasıdır.

YILDIRIM-100-ün əsas xüsusiyyətləri:

Çoxzolaqlı lazer çıxışı;

  • UV/IR əsaslı Raket Xəbərdarlığı Sistemləri ilə uyğunluq;
  • Tam qlobal mühafizəni təmin etmək üçün ikiqat qüllə konfiqurasiyası;
  • Sürətli və dəqiq şəkildə təhlükənin tutulması və izlənilməsi;
  • Çoxsaylı təhlükə ssenariləri altında işləmək bacarığı;
  • Hədəfdə yüksək lazer enerjisi yaratmaq qabiliyyəti;
  • Kiçik ölçüyə və çəkiyə, eləcə də aşağı enerji istehlakına malik olması;
  • Yüksək istismar imkanı, aşağı texniki qulluq və xidmət dövrü xərcləri.
CATEGORIES
TAGS