RegionXəbərlər

Türkiyə müdafiə sənayesinin ixracatı 2 milyard dollara yaxınlaşır

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2025-ci ilin mart ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin martında 884 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2024-ci il mart – 358 milyon ABŞ dolları) 2025-ci ilin mart ayında ixrac olunan məhsulların dəyəri artıb.

Cari ilin ilk rübündə Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən 1.7 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Back to top button