ATE Group şirkəti Azərbaycanla daha bir müqavilə bağlayıb
Cənubi Afrika Respublikasının ATE Group şirkəti Azərbaycanla daha bir müqavilə bağlayıb.“AzeriDefence”nin məlumatına görə, bu barədə ATE Group şirkəti məlumat yayıb.
Hazırda müflis olma səviyyəsinə çatmış şirkətin açıqladığı məlumata görə, son vaxtlarda Cənubi Afrika, Azərbaycan və Əlcəzairdən olan müştərilərlə bir neçə kontrakt bağlayıb. Hazırda həmin kontraktlar üzrə işlər davam etdirilir.
Kontraktların nədən ibarət olduğu barədə detallı məlumat verilməyib.
Qeyd edək ki, ATE Group Ukraynanın “Aviakon” və Azərbaycanın “Azairtechservice” şirkəti ilə birgə Azərbaycan Hərbi Hava Qüvvələrinin Mi-24 tipli döyüş helikopterlərinin Super Hind Mk.IV proqramı çərçivəsində modernləşdirilməsində əsas tərəfdaş olub.
CATEGORIES Aerospace