Avrasiya Hərbi Statuslu Hüquq Mühafizə Təşkilatının yaradılması qərar iyunda Bakıda qəbul ediləcək
İyun ayında Bakıda Avrasiyanın bir sıra ölkələrinin Daxili Qoşun və Jandarma Komandanlıqlarının təmsil olunduğu Avrasiya Hərbi Statuslu Hüquq Mühafizə Təşkilatının yaradılması elan ediləcək. Bu barədə “AzeriDefence” saytı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.
“Hazırda təşkilatın qurulmasına yönəlik çalışmalar davam etməkdədir”, deyə Baş Qərargaın məlumatında bildirilib.
Bununla bağlı Bakıda təşkilatın Zirvə Toplantısı və imzalanma mərasimi təşkil olunacaq. Sənədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Monqolustanın Daxili Qoşunlarının və Jandarma Qüvvələrinin komandanları imza atacaq.
Qeyd edək ki, Avrasiya Hərbi Statuslu Hüquq Mühafizə Təşkilatının yaradılmasına dair Niyyət Bəyanatı 8 iyun 2011-ci il tarixində Ankarada imzalanıb.