Avstraliya ABŞ-dan MH-60R “Seahawks” helikopterləri alacaq

Avstraliya ABŞ-dan MH-60R “Seahawks” helikopterləri alacaq

Avstraliya ABŞ Hərbi Dəniz Qüvvələrindən (HDQ) 13 ədəd əlavə çoxməqsədli MH-60R “Seahawks” helikopteri alacaq.

“Poliqon”un məlumatına görə, alınması planlaşdırılan MH-60R “Seahawks” helikopterləri Avstraliya donanmasının gücləndirilməsinə xidmət edəcək.

Hazırda Avstraliya hərbi aviasiya parkında 2016-cı ildə alınan 23 ədəd MH-60R “Seahawks” helikopteri mövcuddur.

MH-60R “Seahawks” freqatlar, esmineslər, kreyserlərdən və təyyarədaşıyıcılarda istifadə edilməsi üçün nəzərdə tutulmuş çox missiyalı helikopterdir.

ABŞ-ın “Lockheed Martin” şirkətinə daxil olan “Sikorsky” tərəfindən hazırlan MH-60R “Seahawk” helikopterləri “Hellfire” raketləri və “Mark 54” sualtı torpedaları ilə təchiz edilib. Maksimum qalxma çəkisi 10,659 kq olan helikopter 6,895 kq ağırlığındadır.

MH-60R “Seahawk” helikopterləri suüstü və sualtı qayıqlara qarşı döyüş missiyalarını yerinə yetirmək qabiliyyəti ilə yanaşı, müşahidə, axtarış və xilasetmə, o cümlədən ikinci dərəcəli missiyaları yerinə yetirə bilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş