Avstraliya HHQ F-35A təyyarəsinin növbəti partiyasını alıb

Avstraliya HHQ F-35A təyyarəsinin növbəti partiyasını alıb

Avstraliya Hərbi Hava Qüvvələri (HHQ) ABŞ-ın “Lockheed Martin” şirkətinin F-35A “Lightning II” çoxməqsədli döyüş təyyarəsinin daha bir partiyasını silahlanmaya qəbul edib.

“Poliqon” xəbər verir ki, Avstraliya HHQ-nin F-35A parkının 2023-cü ildə tam hazır olması planlaşdırılır.

Ümumilikdə Avstraliya HHQ-nin aviasiya parkına 100-ə qədər F-35A “Lightning II” döyüş təyyarəsinin qəbul edilməsi nəzərdə tutulub. Lakin, Avstraliyanın hərbi rəhbərliyi 72 ədəd F-35A döyüş təyyarəsinin alınmasına razılıq verib.

Qeyd edək ki, “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil “F-35 Lightning II” təyyarələri üç modifikasiyada hazırlanıb: F-35A  (CTOL – conventional takeoff and landing) ənənəvi uçuş və eniş, F-35B (STOVL — Short take-off and vertical landing,) qısa qalxma və şaquli eniş, F-35C isə aviadaşıyıcıdan havaya katapultla qalxır, aerofinişerdən istifadə edərək eniş edir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS