
Avstraliya Ordusunun ilk AH-64E helikopteri son montaj mərhələsindədir
“Boeing” şirkətinin Avstraliya Ordusu üçün istehsal etdiyi ilk AH-64E “Apache” ağır döyüş helikopteri son montaj mərhələsindədir.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, helikopterin son montajı tamamlandıqdan sonra cari ilin ortasında uçuş sınaqlarından keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin may ayında Avstraliya Ordusu üçün “Boeing” şirkətindən 29 ədəd AH-64E “Apache” helikopterinin satın alınmasına dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən, ilk dörd ədəd “Apache” helikopterinin cari ilin sonuna kimi Avstraliya Ordusuna çatdırılması planlaşdırılıb.