HÜRJET təlim təyyarəsi 300-cü uçuş sınağını tamamlayıb

HÜRJET təlim təyyarəsi 300-cü uçuş sınağını tamamlayıb

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən HÜRJET təlim təyyarəsi 300-cü uçuş sınağını uğurla yerinə yetirib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “NSosyal” hesabında paylaşım edib.

“Səsdən yüksək sürətlərə çatan və üç qitədə sərgilədiyi performansla diqqət çəkən bu platforma, Türkiyənin aviasiya sahəsindəki iddiasını reallığa çevirməyə davam edir. Başda TUSAŞ olmaqla, bu uğurda əməyi keçən bütün mühəndislərimizi, texniklərimizi, pilotlarımızı və töhfə verən bütün tərəfdaşlarımızı ürəkdən təbrik edirəm”, – deyə H.Görgün bildirib.

Xatırladaq ki, HÜRJET təlim təyyarəsinin birinci prototipi ilk uçuşunu 2023-cü ilin aprelində, ikinci prototipi isə 2024-cü ilin noyabrında həyata keçirib.

CATEGORIES
TAGS