AW-119Kx helikopterlərinin Bosniya və Herseqovinaya satışı təsdiqlənib

AW-119Kx helikopterlərinin Bosniya və Herseqovinaya satışı təsdiqlənib

ABŞ Dövlət Departamenti 100 milyon dollar dəyərindəki AW-119Kx helikopterlərinin Bosniya və Herseqovinaya satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə AW-119Kx helikopterinin satın alınması ilə yanaşı, onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi də daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-da fəaliyyət göstərən “Leonardo Helicopters U.S.” şirkəti olacaq.

CATEGORIES