ABŞ Qətərə təxminən 2 milyard dollarlıq PUA satışını təsdiqləyib

ABŞ Qətərə təxminən 2 milyard dollarlıq PUA satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 1.96 milyard dollar dəyərindəki MQ-9B pilotsuz uçuş aparatının Qətərə satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 8 ədəd MQ-9B PUA-nın satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi aiddir.

Həmçinin sifarişə aşağıdakıların satın alınması daxildir:

  • 200 ədəd KMU-572 JDAM ağıllı aviasiya bombası;
  • 300 ədəd BLU-111 500-lb ümumi təyinatlı bombası;
  • 110 ədəd AGM-114R2 “Hellfire II” raketi;
  • 10 ədəd “Lynx” AN/APY-8 SAR radarı;
  • 10 ədəd “L3 Rio Grande” rabitə kəşfiyyat sensor dəsti;
  • “SeaSpray 7500” dəniz radarları və s.

Sifarişin əsas podratçıları İtaliyanın “Leonardo”, ABŞ-ın “General Atomics Aeronautical Systems”, “Lockheed Martin”, “RTX Corporation”, “L3Harris”, və “Boeing” şirkətləri olacaq.

CATEGORIES