HavaXəbərlər

İlk T625 GÖKBEY helikopteri Türkiyənin Əmniyyət Baş İdarəsinə təhvil verilib

TUSAŞ şirkəti tərəfindən istehsal edilən T625 GÖKBEY çoxməqsədli helikopteri Türkiyənin Əmniyyət Baş İdarəsinə təhvil verilib.

Bu barədə “Poliqon” Türkiyə Müdafiə Sənayesi Komitəsinə istinadən xəbər verib.

Bildirilib ki, bu, Əmniyyət Baş İdarəsinə təhvil verilən ilk, ümumilikdə isə yerli müştərilərə çatdırılan 8-ci T625 GÖKBEY helikopteridir.

T625 GÖKBEY helikopteri TUSAŞ tərəfindən yerli və milli imkanlar hesabına hazırlanıb. 12 sərnişin tutumuna malik çoxməqsədli helikopterin maksimal uçuş çəkisi 6 ton, maksimum sürəti 306 km/saat, xidmət tavanı 20 000 fut, uçuş müddəti isə 3,8 saatdan çoxdur. Xarici yanacaq çənləri ilə təchiz edildikdə GÖKBEY 5 saatdan çox havada qala və 948 kilometrədək məsafə qət edə bilir.

Helikopter təxminən 3 000 saatlıq uçuş sınağından keçib. Layihənin hazırlanmasında 200-dən çox yerli şirkət iştirak edib və helikopterdə təxminən 70 faizlik yerli istehsal payına nail olunub.

Helikopterin təhlükəsizlik, axtarış-xilasetmə, fəlakət və fövqəladə hallar zamanı müxtəlif missiyalarda effektiv şəkildə istifadəsi nəzərdə tutulur.

Back to top button