Azərbaycan MMU-nun prorektoru Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb

Azərbaycan MMU-nun prorektoru Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb

Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) prorektoru polkovnik Rəşad Tahirov bir il müddətinə Türkiyə Milli Müdafiə Universitetinə (MSÜ) təyinat alıb.

“Poliqon” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı söyləyib.

Kontr-admiral Z.Aktürk Türkiyə Milli Müdafiə Universitetinin prorektoru, professor doktor Talat Canbolatın da eyni qaydada Azərbaycan Milli Müdafiə Universitetinə təyinat aldığını bildirib.

Qeyd olunub ki, bu, Türkiyə Milli Müdafiə Nazirliyi ilə Azərbaycan Müdafiə Nazirliyi arasındaki kadr mübadiləsi çərçivəsində həyata keçirilib.

 

CATEGORIES