Azərbaycan hərbi dənizçiləri Pakistanda “AMAN-21” təlimlərində iştirak edirlər

Azərbaycan hərbi dənizçiləri Pakistanda “AMAN-21” təlimlərində iştirak edirlər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.

CATEGORIES
TAGS