Xəbərlər
Azərbaycan Ordusunda təlimlərin yekunu ilə bağlı müşavirə keçirilib

Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mayın 20-də komandir və rəis heyətinin iştirakı ilə təlimin yekunuyla bağlı müşavirə keçirilib.
Müşavirədə qoşunların, qərargahların təlimlərdə fəaliyyəti təhlil edilib və qarşıya qoyulan tapşırıqların icrası qiymətləndirilib.





