Xəbərlər
Azərbaycan Ordusunun minaya düşən hərbi qulluqçusu şəhid olub

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərin səyinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.




