Azərbaycan sülhməramlılarının Cənubi Sudandakı fəaliyyəti yüksək qiymətləndirilib

Azərbaycan sülhməramlılarının Cənubi Sudandakı fəaliyyəti yüksək qiymətləndirilib

BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudanda keçirilən missiyada iştirak edən Azərbaycan Ordusunun zabitləri plana uyğun olaraq Bakıya qayıdıb.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

2019-cu ilin yanvar ayından BMT-nin sülhməramlı missiyasında iştirak edən Azərbaycan hərbçilərinin fəaliyyəti beynəlxalq hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Cənubi Sudana rotasiya qaydasında göndərilən Azərbaycan Ordusunun yeni heyəti isə bu ölkənin paytaxtı Cuba şəhərindəki missiyada fəaliyyətə başlayıb.

Azərbaycanın Milli Məclisi 2018-ci il noyabrın 30-da BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudanda Azərbaycan hərbi qulluqçuların yerləşdirilməsi və missiyada iştirakı haqqında qərar qəbul edib.

CATEGORIES
TAGS