Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri davam edir – VİDEO

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə həyata keçirdiyi “TurAz Qartalı” təlimləri davam edir.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında bildirilib.

Məlumatda bildirilib ki, “TurAz Qartalı” təlimləri planlaşdırıldığı kimi uğurla davam etdirilir.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilir.

CATEGORIES
TAGS