Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə görüşüb.

Bu barədə “Poliqon” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüşdə Gürcüstan və Azərbaycan arasındakı dostluq və strateji münasibətlərdən danışılıb.

Tərəflər Müdafiə Nazirlikləri arasında əməkdaşlığın müsbət dinamikasını müzakirə edib. Görüş zamanı müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə bağlanması və hərbi təhsil sahəsindəki əlaqələrin əhəmiyyətinə də toxunulub.

Görüşün sonunda Müdafiə naziri azərbaycanlı həmkarını Tbilisidə qəbul edəcəyinə ümidvar olduğunu bildirib.

CATEGORIES
TAGS