Xəbərlər

“Azərkosmos” “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsini elan edib

“Azərkosmos” “Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsini elan edir

“Azərkosmos” 2020-2021-ci illər üzrə “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsini elan edir.

“Azərkosmos” ASC-dən “AzeriDefence”ə verilən məlumata görə, layihədə iştirak ödənişsizdir.

“Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin əsas məqsədi “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən “Azersky” peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir.

Layihədə iştirak etmək üçün təkliflərinizi 31 may 2020-ci il tarixinə qədər www.azercosmos.com  saytında qeyd olunan iştirak forması ilə qeydiyyatdan keçirə bilərsiniz. Müsabiqənin iştirak şərtləri ilə ətraflı buradan tanış ola bilərsiniz.

Back to top button