Azərbaycan 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini qarşı tərəfə təhvil verməyə hazırdır

Azərbaycan 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini qarşı tərəfə təhvil verməyə hazırdır

Azərbaycan 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) məlumatında bildirilib.

“Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılmışdır”, – deyə Dövlət Komissiyasının məlumatında qeyd olunub.

Poliqon.az

CATEGORIES