Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib

Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib

Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

“Poliqon” xəbər verir ki, bu, iyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə müzakirə olunub.

Nazir, Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.

Poliqon.az

CATEGORIES