Azərbaycan-Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb

Azərbaycan-Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqona” verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətlər arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi xüsusi vurğulanıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildirib.

Z.Həsənov Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə Gürcüstan tərəfinə dərin təşəkkürünü bildirib.

Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin keçirilməsinin 2 ölkə arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğu bir daha diqqətə çatdırılıb.

Görüşün sonunda Azərbaycan Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Müdafiə sahəsi üzrə əməkdaşlığın genişlənməsinin ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına töhfə verəcəyi qeyd olunub.

gurcu 3

gurcu1

Poliqon.az

CATEGORIES
TAGS