
Bu gündən Gürcüstan Silahlı Qüvvələrinin Saçxere təlim mərkəzində Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı -2017” (Caucasus Eagle-2017) təlimləri başlayıb.
“AzeriDefence”nin məlumatına görə, təlimlər iyunun 14-dək davam edəcək.
Təlimə hər ölkədən tam təchizatlı bir xüsusi təyinatlı bölmə qatılıb.
Təlimdə müxtəlif obyektlərin tutulması, hava desantının endirilməsi, xilasetmə, dağlıq şəraitində əməliyyatların keçirilməsi və s. ssenarilər işlənəcək.




