Azərbaycan HDQ-nin dəniz piyadaları üçün “SAT xüsusi təyinatlı kursu” keçirilir

Azərbaycan HDQ-nin dəniz piyadaları üçün “SAT xüsusi təyinatlı kursu” keçirilir

Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) dəniz piyadalarının “SAT xüsusi təyinatlı kursu” keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, kurs ərzində hərbi qulluqçular fiziki və psixoloji dayanıqlılıqlarının yoxlanılması üzrə müxtəlif tapşırıqları yerinə yetirirlər.

Gecə və gündüz ən çətin şəraitdə belə iştirakçıların dözümlülüyünün artırılması məqsədilə qarşıya qoyulan bütün tapşırıqlar uğurla icra olunur.

“SAT xüsusi təyinatlı kursu” oktyabrın 22-dək davam edəcək.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş