Azərbaycan HDQ komandanı İtaliyanın Hərbi Dəniz Donanmasını ziyarət edib

Azərbaycan HDQ komandanı İtaliyanın Hərbi Dəniz Donanmasını ziyarət edib

İtaliyada səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov bu ölkənin Hərbi Dəniz Donanmasını ziyarət edib, döyüşü idarəetmə məntəqəsi ilə tanış olub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dəniz Donanmasının rəhbərliyi ilə görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

454a5a4a2a5d215cf282584f1d022e81

Poliqon.az

CATEGORIES