Azərbaycan HDQ-nin komandanı vəzifəsi Şahin Məmmədova həvalə edilib
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsi 1-ci dərəcəli kapitan Şahin Məmmədova həvalə olunub.
Bu barədə “Poliqon” Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.
TAGS Manşet