Azərbaycan HDQ-nin nümayəndə heyəti PIMEC-2025 sərgisində iştirak edib

Azərbaycan HDQ-nin nümayəndə heyəti PIMEC-2025 sərgisində iştirak edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQ komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “PIMEC – 2025” Beynəlxalq Dəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinə səfər edib.

“Poliqon” xəbər verir ki, səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə iki qardaş ölkənin HDQ-ləri arasında əməkdaşlıq və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Beynəlxalq tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti gündəliyə daxil edilən yaşıl enerji, dəniz təhlükəsizliyi, ətraf mühitin qorunması, dəniz iqtisadiyyatı, dəniz ticarəti və daşınmaları, həmçinin dəniz turizmi mövzularında müxtəlif konfranslarda iştirak ediblər.

Qeyd edək ki, tədbir Pakistanın dəniz ticarəti, müdafiə və texnologiya sahəsindəki imkanlarını nümayiş etdirmək üçün dünya dəniz sənayesinin liderlərini və investorlarını bir araya gətirmək məqsədilə keçirilib.

ca029fb023506b1c2ff2b25a85602e99

bc393896ee8be49cf53abf3328c80f2f

31dab5d874208533803b7a49afe5cced e1762797556602

e044646015d31230cf771197ae82c637

CATEGORIES