Pakistanda təlim keçmiş Azərbaycan HHQ-nin hərbi qulluqçuları Vətənə qayıdıb

Pakistanda təlim keçmiş Azərbaycan HHQ-nin hərbi qulluqçuları Vətənə qayıdıb

Pakistanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup ixtisaslı mütəxəssislərinin iştirakı ilə keçirilən kurs başa çatıb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, müvafiq kursu uğurla başa vuran hərbi qulluqçularımızın Azərbaycana qayıtması münasibətilə tədbir keçirilib.

Kurs müddətində hərbi mütəxəssislərimiz dost və qardaş ölkə Pakistan HHQ-nin heyəti ilə qarşılıqlı fəaliyyət göstərərək yüksək nəzəri və praktiki bacarıqlarını nümayiş etdiriblər.

Vətənə qayıdan hərbi qulluqçularla görüşən Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə şəxsi heyətin fəaliyyətini yüksək qiymətləndirib.

Nazir müavini kursu müvəffəqiyyətlə başa vuran bütün heyəti fəxri fərmanla mükafatlandırıb.

Kursda yüksək peşəkarlıq nümayiş etdirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “kiçik gizir” hərbi rütbəsi ilə təltif edilib.

6dc490b2cef969f75bb7e13257d869b6

CATEGORIES