Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəlib

Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəlib

Rusiyanın Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan hərbi qulluqçuları yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.

Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan Azərbaycan hərbçiləri müsabiqənin yarımfinalına yüksəliblər.

Poliqon.az

CATEGORIES