
Azərbaycan hərbi qulluqçuları “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
Rusiyanın Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində Azərbaycan hərbi qulluqçuları ilk yarışa başlayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.
Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.
CATEGORIES Xəbərlər