Azərbaycan HHQ-də “Gizir hazırlığı kursu”nun ilk buraxılış mərasimi baş tutub

Azərbaycan HHQ-də “Gizir hazırlığı kursu”nun ilk buraxılış mərasimi baş tutub

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nun ilk buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqın Ümummilli Lideri Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində çıxış edənlər məzunlara Hərbi Hava Qüvvələri Komandanının təbriklərini çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında belə kursların əhəmiyyətindən danışıb, məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Kursu bitirən hərbi qulluqçular təhsil müddətində yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildiriblər.

Məzunlar göstərilən etimadı doğrulmaq üçün burada qazandıqları bilik və vərdişləri xidmətdə inamla tətbiq edərək xidməti vəzifələrinin icrasına daha məsuliyyətlə yanaşacaqlarına, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.

Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda xatirə fotosu çəkdirilib.

8c6361194f05e0d4b210089cb2d5477c

Poliqon.az

CATEGORIES