Azərbaycan HHQ-nin Su-25ML qırıcısı TEKNOFEST-də nümayiş etdirilir

Azərbaycan HHQ-nin Su-25ML qırıcısı TEKNOFEST-də nümayiş etdirilir

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən TEKNOFEST aerokosmik və texnologiya festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Su-25ML (modernizə edilmiş “Laçın”) qırıcısı nümayiş etdirilir.

“Poliqon” xəbər verir ki, Azərbaycan HHQ-nin Su-25ML qırıcısı “Laçın” layihəsi adı altında Türkiyənin TUSAŞ şirkəti tərəfindən modernləşdirilib.

Modernləşdirmə nəticəsində Su-25ML qırıcısına Türkiyə istehsalı ağıllı aviasiya bombaları və raketlər inteqrasiya edilib.

Qeyd edək ki, bu gün başlayan və sentyabrın 3-nə qədər davam edəcək TEKNOFEST festivalı Ankara şəhərində ilk dəfə keçirilir.

CATEGORIES
TAGS