Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən ADEX 2022 Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəyə gələn Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Poliqon.az

CATEGORIES