TəhsilSənayeXəbərlər

Azərbaycan MMU-nun rektor müavini “ASELSAN Bakü”nü ziyarət edib

Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektorunun müavini, Prof.Dr. İbrahim Ethem Atnur “ASELSAN Bakü” şirkətini ziyarət edib.

“Poliqon” xəbər verir ki, bu barədə “ASELSAN Bakü” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, görüş zamanı şirkətin “ASELSAN Bakü”nün Baş Direktoru Özgür Kürüm ASELSAN-ın Azərbaycandakı fəaliyyəti, ölkənin müdafiə sənayesinin inkişafına verdiyi töhfələr, eləcə də təhsil sahəsində həyata keçirilən əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu cür görüşlərin akademiya və sənaye arasında əməkdaşlığın gücləndirilməsinə, gənc mütəxəssislərin inkişafına mühüm töhfə verəcəyinə inam qeyd olunub.

Back to top button