
Azərbaycan MN: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik
Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu, suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik”, – deyə məlumatda bildirilib.


