ƏÜO-da “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

ƏÜO-da “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini vurğulayıblar.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar “Komando andı”nı qəbul edib.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

CATEGORIES