MüdafiəXəbərlər

Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri general-mayor Ruslan Mukambetov ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Back to top button