
Azərbaycan Müdafiə naziri Rusiyaya gedib
Noyabrın 9-da Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, iclas noyabrın 10-da keçiriləcək.
CATEGORIES Xəbərlər